“Biz İsveç və Finlandiya ilə bağlı prosesləri izləyirik. Amma bununla bağlı müsbət düşüncədə deyilik”.
Bizim.Media xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri İstanbulda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, təəssüf ki, bu ölkələr terror təşkilatlarının bir növ qonaq evi kimidir.
“PKK İsveçdədir, DHKP-C İsveçdədir. Niderlandda qərargahları var. Hətta o ölkələrdə parlamentlərdə də təmsil olunurlar. Ona görə də bu məsələyə müsbət baxmağımız mümkün deyil", - deyə R.T.Ərdoğan bildirib.
Bizim.Media