Almaniya Kansleri Olaf Şolts ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Şotls “Twitter” hesabında məlumat paylaşıb.
O, Putinlə telefon danışığında müzakirə olunan məsələləri açıqlayıb.
“Bu gün Putinlə uzun telefon danışığımda üç əsas məqam:
Ukraynada mümkün qədər tez atəşkəs olmalıdır;
Orada nasistlərin hakimiyyətdə olması iddiası yalandır;
Mən qlobal ərzaq vəziyyətinə görə ona Rusiyanın məsuliyyətini xatırlatdım”, - deyə Şolts qeyd edib.
Bizim.Media
