“Rusiyanın “Taliban” hökumətini rəsmən tanıyan ilk ölkə olacağına ümid edirik”.
Bizim.Media xəbər verir ki, bu barədə Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarval “RİA Novosti”yə müsahibəsində bildirib.
"Biz buna çox ümid edirik. Xüsusilə istəyirik ki, Rusiya bunu rəsmi şəkildə edən ilk ölkə olsun” – deyə diplomat qeyd edib.
O, həmçinin “Taliban”ın Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu söyləyib:
“Biz Rusiyada neft və təbii qaz almaq istəyirik. Bu istiqamətdə müqavilə bağlamağa hazırlaşırıq”.
Bizim.Media