Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 19 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu gün 162 min 253 nəfərin test edildiyi, 4 086 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 13 min 561 nəfərin isə bu xəstəlikdən sağaldığı bildirilib.
Bizim.Media