Odessa yaxınlığında böyük partiya Qərb hərbi texnikası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə açıqlama verən Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov iki Ukrayna PUA-sının da vurulduğunu deyib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Odessa vilayətində Ukraynaya məxsus Qərb ölkələrinin tədarük etdiyi silahların böyük partiyasını çatdıran hərbi nəqliyyat təyyarəsini havada vurub. Bundan əlavə, Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində iki Ukrayna pilotsuz uçuş aparatı vurulub", - Rusiya MN sözçüsü vurğulayıb.
Bizim.Media