"Ermənistan bankları ABŞ-a Rusiya əleyhinə sanksiyaları dəstəkləyəcəyini vəd edib".
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi deyib.
Səfir vurğulayıb ki, ötən ay Ermənistan banklarının rəhbərləri ilə görüşdə bu barədə ilkin razılıq əldə edilib.
"ABŞ Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini alqışlayır və Ermənistanın bank sektorunun nümayəndələri ilə bu məsələ ilə bağlı müntəzəm təmasları dəstəkləyir", - səfir deyib.
Bizim.Media