Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə zərbələr endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, səhər saatlarında Rusiya hərbçiləri paytaxtı atəşə tutublar və şəhərin Darnitski rayonunda partlayış səsləri eşidilib.
Hazırda hadisə yerində xilasedici və həkimlər çalışır, xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirildirilir.
O, əhaliyə müraciət edərək deyib ki, şəhəri tərk edən və qayıtmağa hazırlaşan sakinlər hələ ki, paytaxta geri dönməkdən çəkinsinlər və daha təhlükəsiz yerlərdə qalsınlar.
Bizim.Media