“Rusiyanın “Moksva” kreyserində baş verən partlayış və yanğın nəticəsində gəminin komandiri Anton Kiprin ölüb”.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko açıqlayıb.
Xatırladaq ki, aprelin 13-ü Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserinə “Neptun” raketləri ilə zərbə endirib.
Nəticədə kreyserdə partlayış və yanğın baş verib. Ciddi zərər görən gəmi aprelin 14-ü batıb.
Bizim.Media