Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksanr Motuzyanik bu gün keçirdiyi brifinqdə Rusiyanın nüvə silahından istifadə etmək ehtimalından danışıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, o, Ukrayanın bununla bağlı dəqiq informasiyaya malik olmadığını açıqlayıb:
“Nüvə silahları Rusiyanın sonuncu üstünlüyüdür. Hələlik biz Rusiyanın bu silahlardan istifadə edə biləcəyinə dair heç bir əlamət görmürük. Kəşfiyyatımızda belə bir məlumat yoxdur”.
Aleksanr Motuzyanik əlavə edib ki, Ukraynanın məlumat mübadiləsi etdiyi xarici tərəfdaşları və xarici kəşfiyyat təşkilatları da bu məlumatı hələki təsdiqləməyib.
Bizim.Media