“Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli dəniz bazalı raketləri Kiyevin kənarındakı hərbi obyekti vurub.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov keçirilən brifinqdə bildirib.
"Julyansk Maşınqayırma Zavodu "Vizar"a edilən hücum nəticəsində uzaq və orta mənzilli zenit-raket komplekslərinin, eləcə də gəmi əleyhinə raketlərin istehsalı və təmiri sexləri məhv edilib", - deyə general qeyd edib.
Konaşenkovun sözlərinə görə, Kiyev Rusiya ərazisində təxribatçı fəaliyyətlərinə davam etsə, Kiyevdəki hədəflərə raket zərbələrinin sayı və miqyası artırılacaq.
Bizim.Media