Yəməndə Ədən Beynəlxalq Hava Limanına edilən hücumda azı 27 nəfər ölüb, onlarla insan yaralanıb.
Bizim.Media “Al Hadath” telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmən hökumətinin nümayəndəsi bildirib.
***
Yəmənin hava limanında güclü partlayış baş verib.
Bizim.Media-nın xarici mətbuata istinadla verdiyi məlumata görə, hadisə yeni hökumət üzvlərinin gəlişi zamanı olub.
Aden hava limanındakı partlayış nəticəsində ölənlər və yaralananlar var.
Yəmən Nazirlər Kabinetinin üzvləri arasında xəsarət alan yoxdur.
Bizim.Media