UNESCO-ya üzv olan 46 ölkə Ümumdünya İrs Komitəsinin Rusiyanın sədrliyi ilə Kazanda keçiriləcək 45-ci sessiyasında iştirakdan imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 1972-ci il Ümumdünya İrs Konvensiyasının tərəfləri olan ölkələr Rusiyanın Ukraynada beynəlxalq humanitar hüququ sistematik şəkildə pozması barədə açıq məktub imzalayıblar.
Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi UNESCO-nun 45-ci sessiyasını Rusiyanın Kazan şəhərindən Ukraynanın Lvov şəhərinə köçürülməsinə və Rusiya Federasiyasının təşkilatdan çıxarılmasına çağırış edib.
45-ci sessiyada iştirakdan imtina edən ölkələr Əfqanıstan, Albaniya, Andorra, Avstraliya, Avstriya, Kanada, Kolumbiya, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Ekvador, Estoniya , Fransa, Gürcüstan, Almaniya, Macarıstan, İslandiya, İrlandiya, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Nigeriya, Şimali Makedoniya, Norveç, Peru, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya , Saint Kitts and Nevis, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Ukrayna və Amerika Birləşmiş Ştatlarıdır.
Bizim.Media