Zakarpatye Briqadasının 128-ci motoatıcı bölmələri hücum edərək rus qoşunlarını Luqansk vilayətinin Kremennaya şəhərindən 6-10 km geriyə çəkilməyə məcbur edib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə briqadanın Facebook səhifəsində yayılan məlumatında deyilir.
“Qorxmuş və ruhdan düşmüş düşmən texnika və silahlarını Ukrayna torpaqlarında qoyaraq qaçdı. Qaçmağı bacaranlar sevinsin! Axı onları Ukrayna torpağında ancaq ölüm gözləyir!” - mesajda bildirilir.
Bizim.Media