Avropa Parlamenti Rusiyadan enerji idxalına: neft, qaz, kömür və nüvə yanacağına tam və dərhal embarqo qoyulmasını tələb edən qətnaməni dəstəkləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Qay Verhofstat bildirib.
Onun sözlərinə görə, Avropa Parlamentinin 552 deputatından 413-ü sənədin lehinə, 93-ü isə əleyhinə səs verib. 46 deputat isə neytral mövqedə qalıb.
Lakin qeyd edilib ki, Avropa Parlamentinin qərarı məcburi deyil, tövsiyyə xarakteri daşıyır.
Bizim.Media