“YouTube” Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın brifinq videosunu bloklayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə “YouTube” şəbəkəsinin daxil olduğu “Google” şirkətinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Rusiya XİN rəsmisinin brifinq videosu YouTube şəbəkəsinin video hostinq siyasətini pozduğuna görə bloklanıb.
“Bizim cəmiyyətin qaydaları yaxşı sənədləşdirilmiş zorakılıq epizodlarını inkar edən, əhəmiyyətsiz göstərən və ya onları aşağılayan məzmunu qadağan edir və biz bu siyasəti pozan Ukrayna ilə əlaqəli kontenti silirik”, - “Google” şirkətindən bildirilib.
Bizim.Media