Rusiya ordusunun Ukraynanın Luqansk vilayətinin Severodonetsk şəhərində endirdiyi hava zərbələri nəticəsində 10 hündürmərtəbəli binada yanğın başlayıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
O qeyd edib ki, hazırda xilasedicilər alovu söndürür və dağıntıları təmizləməklə məşğuldur.
Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Bizim.Media