ABŞ-ın Kolorado ştatında koronavirusun "Britaniya" variantına (COVID-19 B.1.1.7) yoluxma aşkar edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Jared Polis deyib.
Onun sözlərinə görə, yoluxan şəxs təqribən 20-29 yaş aralığında olan kişidir:
“O, təcrid olunub. Səlahiyyətli orqanların məruzələrinə görə, yoluxmuş şəxs son vaxtlar uzun səfərlər etməyib”, - deyə qubernator vurğulayıb.
J. Polis yeni COVID-19 variantı haqqında hələ çox şey bilmədiklərini, lakin daha sürətlə yayılmasına dair məlumatlı olduqlarını söyləyib.
Bizim.Media