Macarıstan Rusiya istehsalı olan “Sputnik V” peyvəndini alıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Ticarət naziri Peter Szijjarto bildirib.
Onun sözlərinə görə, Macarıstan və Rusiya arasında əldə olunmuş razılaşma çərçivəsində 6 min doza peyvənd ölkəyə çatdırılıb.
Szijjarto Rusiyada 40 min insan üzərində sınaqdan keçirilmiş rus peyvəndinin yüzdə 91,4-lük qoruma təmin etdiyini vurğulayıb.
Bizim.Media