Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Zaporojye vilayətinin Enerqodar şəhərində silsilə partlayışlar baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Energoatom”un “Telegram” kanalında məlumat paylaşılıb.
Bildirilib ki, partlayışlar nəticəsində 4 nəfər yaralanıb. Hazırda onlara həkimlər kömək edir.
Qeyd edilib ki, şəhər indi müvəqqəti olaraq rus işğalçıları tərəfindən ələ keçirilib.
Bizim.Media