Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Buça şəhərini Rusiya ordusundan azad edib.
Bizim.Media UNİNA-a istinadən xəbər verir ki, bu barədə Buçanın meri Anatoli Fedoruk məlumat yayıb.
Onun sözlərinə görə, şəhərin azad edilməsi əməliyyatına dünən başlanılıb.
Xatırladaq ki, martın 25-də Buçaya “qəhrəman şəhər” fəxri adı verilib.
Bizim.Media