Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Belqorod vilayətinə aviasiya zərbəsi endirilməsini təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” saytı Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Biz şübhələnirik ki, Belqoroddakı neft bazasında partlayış Rusiya hərbçilərinin məsuliyyətsizliyi, yaxud korrupsiya faktını gizlətmək səbəbi ilə baş verib”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Rusiya Ukraynanın Belqorod şəhərində yerləşən neft anbarına raket zərbələri endirdiyini açıqlayıb.
Bizim.Media