Rusiya Prezidenti Vladimir Putinə Belqoroddakı neft anbarındakı yanğınla bağlı məruzə olunub. Regionun yanacaqla fasiləsiz təmin olunması üçün tədbirlər görülür.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Belqorodda baş verənlər, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmaq kimi qəbul edilə biləcək məsələ deyil.
Rusiyanın havada Ukrayna üzərində üstünlüyü mütləq faktdır, lakin hüquq-mühafizə orqanları bu hadisəyə qiymət verməlidir” – deyə Peskov bildirib.
Qeyd edək ki, Ukraynanın Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarına raket zərbələri endirməsi nəticəsində neft anbarındakı çənlərdə yanğın baş verib.
Bizim.Media