İspaniyada artıq yaşlılara vaksin vurulmağa başlanılıb.
Bizim.Media “reuters” ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, vaksin vurdurmayanlar qeydiyyata alınır. Onların siyahısı Avropa Birliyi ölkələrinə də verilir.
İspaniya Səhiyyə Nazirliyinin əməkdaşı Salvador İllanın sözlərinə görə, bu şəxslərin kimliyi ictimaiyyətə açıqlanmayacaq.
Xatırladaq ki, İspaniya Avropada koronavirusun ən çox yayıldığı ölkələr siyahısındadır.
Bizim.Media