Tanınmış aktrisa, komediya ustası Emi Şumer “The Hollywood Reporter”ə müsahibəsində nadir xəstəlikdən - trixotillomaniyadan (bədəndəki tüklərin - saç, qaş və ya kipriyin şəxsin özü tərəfindən qopardılması) əziyyət çəkdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, aktrisa bildirib ki, uşaq yaşlarında olarkən çətin psixoloji problemlər yaşayıb. Hətta bu, o həddə çatıb ki, qopartmaqdan saçları azaldığı üçün parik taxmaq məcburiyyətində qalıb:
"Hər kəsin böyük sirri var, bu isə mənimkidir. Bunun yalnız məni incitdiyi üçün fəxr edirəm, amma uzun müddət bundan dəlicəsinə utanırdım. Problemdən tam qurtulduğumu deyə bilmərəm. Hələ də bununla mübarizə aparıram".
Bizim.Media