Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Cozef Bayden Ukraynanın xarici işlər və müdafiə nazirləri Dmitri Kuleba ilə Aleksey Reznikovla görüşüb.
Bizim.Media xəbər verir ki, Bayden görüş zamanı Birləşmiş Ştatların Ukraynaya qələbə çalana qədər hər şeydə sarsılmaz dəstək verəcəyini bildirib.
Bu barədə Kuleba “Facebook”dakı canlı yayımı zamanı bildirib.
"Prezident Baydenin vədləri ABŞ-ın bizim qələbəmizə qədər hər şeydə Ukrayna ilə birlikdə olacağı ilə bağlıdır. Heç nə ABŞ-ı Ukraynadan üz döndərməyə və ya Ukraynaya dəstəyi zəiflətməyə məcbur etməyəcək, əksinə, bu dəstək yalnız böyüyür”, - deyə Kuleba əlavə edib.
Bizim.Media