Rusiya və Ukrayna arasındakı münaqişə nəticəsində yaranmış qlobal təklif desfisiti ərzaq və yem qiymətlərinin artıq yüksəlmiş baza səviyyələrindən də 8-22 % yuxarı qalxmasına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.
FAO kənd təsərrüfatı xammalı və ərzaq məhsullarının iri istehsalçıları və ixracatçıları olan Rusiya ilə Ukrayna arasındakı müharibənin qlobal ərzaq bazarına mənfi təsir edəcəyini proqnozlaşdırır.
Bizim.Media