Rusiya Ukrayna silahlı qüvvələrinin hərbi infrastrukturuna “Kalibr” raketləri ilə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi raket zərbələrinin endirilməsi anının görüntüsünü yayımlayıb.
Qeyd edilib ki, Qara dəniz donanmasının kiçik raket gəmisinin ekipajı Ukrayna silahlı qüvvələrinin hərbi obyektlərinə 4 ədəd "Kalibr" qanadlı raketləri ilə zərbələr endirib.
Zərbə nəticəsində Jitomir vilayətinin ərazisində Ukraynanın silah və hərbi texnikanın olduğu arsenal məhv edilib.
Bizim.Media