“Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin silahlıları Ukrayna prezidenti Volodimir Zelenskiyə və baş nazir Denis Şmıqala sui-qəsd planlaşdırıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski CNN telekanalına müsahibəsində danışıb.
O, bütün sübutların Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edildiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak prezidentə qarşı 10 sui-qəsd cəhdinin olduğunu açıqlamışdı.
Bizim.Media