İsrailin baş naziri Naftali Bennetin ölkəyə gözlənilən səfəri zamanı münasibətləri bərpa etmək cəhdləri fonunda İsrailin Aralıq dənizində hasil etdiyi təbii qazın Türkiyəyə çatdırılması müzakirə mövzusu olacaq.
Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, Ankara enerji sahəsində İsraillə əməkdaşlığa hazırdır. Ərdoğan İsrail qazının təkcə Türkiyənin daxili bazarına deyil, həm də Avropaya çatdırıla biləcəyini istisna etməyib.
Bizim.Media