Artıq altı ölkə Rusiyanın enerji resurslarından tamamilə və ya qismən imtina etməyə hazır olduqlarını bəyan ediblər.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Naftoqaz” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Xüsusilə ABŞ Rusiyadan neft və qaz idxalına, Kanada neft idxalına qadağa qoyub. Böyük Britaniya 2022-ci ilin sonuna qədər Rusiyadan neft və qaz idxalını dayandıracağını bildirib.
Bundan əlavə, 2022-ci ilin sonuna qədər Almaniya Rusiya neftindən tamamilə imtina etməyi planlaşdırır, Bolqarıstan və Polşa isə 2023-cü ildən etibarən Rusiya qazının ixracından imtinanı nəzərdə tutub.
Bizim.Media