BMT Baş Assambleyası Rusiyanın Ukraynadakı humanitar böhrana görə məsuliyyət daşıdığını qeyd edən, təcili atəşkəs və ehtiyacı olanlara humanitar yardımın göstərilməsini tələb edən qətnamə qəbul edib.
Bizim.Media "İnterfaks"a istinadən xəbər verir ki, 140 ölkə qətnamənin lehinə, 5 ölkə isə əleyhinə səs verib. Bildirilib ki, 38 ölkə səsvermədə bitərəf qalıb.
Bitərəf qalan ölkələr arasında Çin, Kuba, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Pakistan, Qırğızıstan, Tacikistan və digər ölkələr yer alıb.
Bizim.Media