Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə ilk tam hüquqlu hərbi əsir mübadiləsi baş tutub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.
"Ukrayna Rusiyanın əsir götürdüyü 10 hərbçisini eyni sayda əsgərlə dəyişdirib. Ukrayna hərbçiləri Rusiyanın Odessa yaxınlığında su basmış gəmidən xilas edikləri 11 mülki dənizçini də qarşı tərəfə təhvil veriblər" - deyə Vereşçuk qeyd edib.
Onun sözlərinə görə, mübadilə nəticəsində həmçinin Ukraynanın 19 mülki dənizçisi xilasetmə gəmisindən evlərinə qayıdıb.
Bizim.Media