ABŞ "Sberbank"ın rəhbəri German Qrefə, Dövlət Dumasına, eləcə də onun 328 deputatına qarşı sanksiya tətbiqinə qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, deputatlar DXR və LXR-nın müstəqilliyini tanımaqla “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa yönəlmiş” hərəkətləri dəstəkləyiblər.
Həmçinin Rusiya hərbi-sənaye kompleksinin 48 şirkəti və "Sovcombank"ın idarə heyətinin 17 üzvü də sanksiya siyahısına daxil edilib.
Bizim.Media