Dünyada 2 milyarddan çox insanın istifadə etdiyi “WhatsApp” sosial şəbəkəsi yeni funksiyasını təqdim edib.
Bizim.Media xəbər verir ki, yeni özəllik “Language”, yəni “Dillər” bölməsinə aiddir.
Belə ki, əvvəllər tətbiqdə dil seçimi avtomatik olaraq seçilirdi. Bu isə insanları narahat edirdi. Həmçinin, bununla bağlı şirkətə qarşı çoxsaylı şikayətlər olunurdu.
“Meta” şirkəti bu problemi aradan qaldırmağa qərar verib.
Bundan sonra “WhatsApp”a “App Language” adlı bölmə əlavə olunacaq. İstifadəçilər buradan rahatlıqla istədikləri dili seçə biləcəklər.
Bizim.Media
