“Game of Thrones” oyunlarının ixtiraçısı öldürülüb.
Bizim.Media BBC- yə istinadan xəbər verir ki, bu barədə Şanqay polisi məlumat yayıb.
Bildirilib ki, ''Yoozoo'' oyunlarının icraçı direktoru, “Game of Thrones”un ixtiraçısı Çinli maqnat 39 yaşlı Lin Qi zəhərlənərək qətlə yetirilib.
Polis şübhəlinin sadəcə soy adının “Xu” olduğunu açılayıb. Onun haqqında ətraflı məlumatlarının olmadığı əlavə edilib.
Çinin varlıları siyahısında olan Lin Qinin 1,3 milyard sərvəti olub. O, son dövrlər Çinin və dünyanın tanınmış simalarından birinə çevrilib.
Lin Qi nin son sözləri “Əlvida gənclik… Biz birlikdə olacağıq, mərhəmətli olmaq üçün çalışacağıq, yaxşılığa inanacağıq və bütün pis şeylərə qarşı savaşacağıq” olub.
Bizim.Media