Bizim.Media xəbər verir ki, bu günlərdə festivalın təşkilat komitəsi TİK-TOK-un sponsorluğu ilə bağlı qərarı rəsmi olaraq mediaya açıqlayıb.
Anlaşmaya görə mərkəzi Çin olan sosial media platforması Fransada keçirilən Kan film festivalında qısa film yarışması keçirəcək. Müddəti 30 saniyə ilə 3 dəqiqə arasında olan Tik-Tok videoları “TİK-TOK qısa film” adı ilə yarışacaq.
Videolar festivalın əsas münsifər heyyəti tərəfindən seçiləcək. Mükafatlandırma mərasimi isə Kan Film Festivalının direktoru Thierry Frimauxun iştirakı ilə keçiriləcək.
Beləliklə də hər iki tərəf həm Tik-Tok, həm də Kan festivalı qazanmış olacaq.
Leyla Şah, Bizim.Media