Rusiyalı iş adamı Roman Abramoviç ABŞ-ın sanksiya siyahısına daxil edilməyib.
Bizim.Media “Wall Street Journal”a istinadən xəbər verir ki, bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin xahişi ilə baş tutub.
"2022-ci il martın əvvəlində ABŞ Maliyyə Nazirliyində Roman Abramoviçə qarşı sanksiyalar paketi hazırlanıb.
Lakin biznesmen Aİ-nin sanksiya siyahısında olsa da, ABŞ tərəfindən ona qarşı sanksiyalar açıqlanmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Co Bayden arasında telefon danışığı olub. Ukrayna dövlət başçısı Co Baydendən rus milyarderə qarşı sanksiyaları dayandırmağı xahiş edib. O bildirib ki, iş adamı Rusiya ilə danışıqlarda vasitəçi kimi faydalı ola bilər".
Bizim.Media