Rusiya dost olmayan ölkələrə qaz tədarükü üçün ödənişləri rubla çevirəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Mallarımızı Aİ və ABŞ-a göndərib ödənişi dollar və avro ilə almağın mənası yoxdur”, - deyə Rusiya Prezidenti vurğulayıb.
V.Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb. Dolların məzənnəsi 3 mart tarixindən ilk dəfə olaraq 100 rubldan aşağı enib.
Bizim.Media