Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edib.
Bizim.Media UNİAN-a istindən xəbər verir ki, çıxış 10 dəqiqə davam edib və sinxron tərcümə olunub.
Ukrayna lideri çıxışının əvvəlində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istəyib.
O, Mariupol şəhərini Birinci Dünya müharibəsi zamanı dağıdılmış Verdenlə müqayisə edib. V.Zelenski Avropadan Ukraynaya əlavə silah verilməsini və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini istəyib.
Bizim.Media