Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı peyvənd olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Putinə Rusiya istehsalı olan “Sputnik V” vaksininin tətbiq ediləcəyini açıqlayıb.
Peskov bu gündən 60 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyini, 68 yaşlı Prezidentin də siyahıya daxil edildiyini söyləyib.
“O, vaksin olunmaq istəyir və rəsmi prosedurların bitməsini gözləyir”, - deyə Peskov əlavə edib.
Bizim.Media