Martın 21-də qəzaya uğrayan Çin təyyarəsinin qara qutusu tapıldı

“Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” təyyarəsinin qara qutularından biri tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə axtarış işləri aparan heyət üzvləri mətbuat konfransında bildiriblər. 

Təyyarənin düşdüyü ərazinin dağlıq və sıx meşəlik olduğundan axtarış işlərinin çox çətinliklə aparılıb.

Ümumiyyətlə, 680 min kvadratmetr sahəni əhatə edən axtarış işlərinə 2 min nəfər şəxsi heyət, 100-dən çox texnika, polis və hərbçilər cəlb olunub. Bundan başqa, axtarış işlərində dronlardan da geniş istifadə edilir. Hələlik sərnişin və heyət üzvlərindən heç kim tapılmayıb.

Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvü olan təyyarə Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb. Çin Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, MU5735 uçuşunu yerinə yetirən təyyarə yerli vaxtla 13:11-də havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildən çoxdur istifadədə olan təyyarə Tensiən rayonunda dağa çırpılıb və alışıb.

Çinin 4 ən iri aviasiya şirkətindən biri olan “Şərq Hava Yolları” qəzadan sonra istifadəsində olan bütün “Boeing 737-800” tipli təyyarələrin uçuşunu dayandırıb. 

Dünyada təyyarə parkının ümumi dəyərinin bir trilyon ABŞ dollarına çatdığı yeganə ölkə ünvanına sahib olan Çinin əsas mülki aviasiya şirkətlərinin istismarında təxminən 1400 ədəd yeni nəsil “Boeing 737-800” tipli təyyarə var ki, bu da həmin şirkətlərin təyyarə parkının 37 faizi deməkdir. “Çin Şərq Hava Yolları” şirkəti isə uçuşlarda 225 belə təyyarədən istifadə edir.

“China Eastern Airlines” şirkəti qəza ilə əlaqədar 9 işçi qrupu yaradıb. Bu qruplar hadisənin təhqiqatı, təyyarədə olan sərnişinlərin ailələrinə dəstək, logistika, hüquqi işlər, maliyyə və digər məsələlərlə məşğul olur.
“Boeing” şirkəti qəzanın araşdırılması üçün “Çin Şərq Hava Yolları” şirkəti ilə əməkdaşlıq etdiyini və lazımi dəstək verəcəyini açıqlayıb. Qəzadan sonra “Boeing” şirkətinin aksiyaları birjalarda 5,5 faiz ucuzlaşıb. Bu, “Boeing 737-800” tipli təyyarələrlə bağlı 22-ci, insan tələfatı ilə nəticələnən 10-cu hadisədir. Bu qəza həm də Çin mülki aviasiyasının 4227 günlük və ya 11 il yarımlıq təhlükəsiz uçuş seriyasına son qoyub. Çin mülki aviasiyasında bundan əvvəlki sonuncu qəza 2010-cu ilin avqustunda baş verib. “Henan Hava Yolları” şirkətinə məxsus “Embraer E-100” tipli təyyarənin Heyloncian vilayətində qəzaya uğraması nəticəsində 44 nəfər ölmüş, 52 nəfər xəsarət almışdı.

Çin mülki aviasiyasında qəzasız uçuş dövründə rekord sayda - 5 milyard 110 milyondan çox sərnişin daşınıb.

ABŞ-ın Federal Aviasiya Administrasiyası qəzanın təhqiqatına dəstək göstərməyə hazır olduğunu bəyan edib. ABŞ Nəqliyyatda Təhlükəsizlik Milli Bürosu isə hadisənin araşdırılması üçün məsul şəxs təyin edib. Qəzaya uğrayan təyyarədə əcnəbi sərnişinlərin olmadığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

End of content

No more pages to load

RADİO