Tayvan sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağı Tayçunq şəhərindən 133 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib. Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilməyib.
Bizim.Media