İsveçin Malmö şəhərində 18 yaşlı gənc bıçaq və balta ilə silahlanaraq məktəbə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs 50 yaşlarında olan iki qadını qətlə yetirib. Hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən hadisəni törədən şəxs tutulub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media