Polşanın “LOT” aviaşirkəti may ayından etibarən Varşava-Bakı istiqamətində birbaşa reyslərə başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “LOT”un “Twitter” səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, Varşava Şopen Beynəlxalq Aeroportundan Bakıya uçuşlar həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri) həyata keçiriləcək. İlk uçuş mayın 27-də baş tutacaq.
Aviaşirkətin internet səhifəsində Varşava-Bakı arasında uçuşlar üçün biletlərin satışına başlanılıb.
Bizim.Media
