Dünyada ilk dəfə Almaniyada koronavirus (COVID-19) peyvəndlərinin vurulacağı xəstəxana fəaliyyətə başlayıb.
Bizim.Media-nın məlumatına görə, tibb müəssisəsi paytaxt Berlində Treptov bölgəsindəki “Arena Berlin” salonunun daxilində yaradılıb.
Modul xəstəxanada artıq peyvəndlənmənin tətbiqinə başlanılıb.
Bundan əlavə, Berlin əyalətinin səhiyyə naziri Dilek Kalaycı KİV-ə açıqlamasında səyyar vaksin xidmətinin də eyni anda fəaliyyət göstərəcəyini qeyd edib.
Bizim.Media