Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov nəvəsi Kərimlə Kopetdağın ətəklərinə gəzintiyə çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Mərkəzi Asiya mediası yayıb.
Mənbə bildirir ki, nəvəsi ilə paytaxtın cənub kənarlarına gedən ölkə başçısı idman hərəkətləri edib, sonra kanat yoluna tərəf yollanıb.
Berdıməhəmmədov nəvəsi ilə birlikdə funikulyorla Kopetdağın zirvəsinə qalxıb. Kərim kamerası ilə qış mənzərələrinin şəkillərini çəkib.
Türkmənistan Prezidenti nəvəsi ilə birlikdə qar adamı düzəldib.
Sonda kanat yolunun bütün işçilərinə Türkmənistan Prezidenti adından Yeni il hədiyyələri təqdim edilib.
Bizim.Media