Avropa Birliyi (AB) Ukraynaya silah alınması üçün əlavə 500 milyon avronun ayrılmasını dəstəkləyib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının baş diplomatı Jozep Borrell deyib.
“Mən Avropa Sülh Fondu çərçivəsində əlavə 500 milyonla bağlı siyasi razılaşma əldə etdiyimizi elan etməkdən dolayı şadam. Ukraynada baş verənləri Rusiya silahlı qüvvələrinin Ukrayna xalqına qarşı törətdiyi böyük hərbi cinayət hesab edirik”, - deyə J.Borrell bildirib.
Bizim.Media