Litva Ukraynadakı münaqişəyə görə Rusiya və Belarusun UNESCO-dan kənarlaşdırılmasını təklif edib.
Bizim.Media TASS-a istinadla xəbərinə görə, müvafiq təklif Litva parlamentin gündəliyinə daxil edilib.
Sənədin müəllifləri iddia edirlər ki, Ukraynaya münasibətdə BMT-nin və beynəlxalq hüququn prinsipləri pozulub.
Bu səbəbdən Rusiya və Belarusun UNESCO-nun komitələrində və proqramlarında iştirakı dayandırılmalıdır.
Qeyd edək ki, sözügedən məsələ bu gün parlamentdə müzakirə ediləcək.
Bizim.Media