Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ultimatumlarının ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, o, xarici mediaya müsahibəsində rusların bu ultimatumları Ukrayna tam məhv edildikdən sonra həyata keçirə biləcəklərini vurğulayıb:
"Ukrayna Rusiyanın ultimatumlarını yerinə yetirə bilməz. Hamımızı məhv etmək lazımdır, o zaman onların ultimatumları yerinə yetiriləcək. Məsələn, Xarkovu, Mariupolu və ya Kiyevi verin deyirlər. Nə Xarkov, nə Mariupol, nə Kiyev, nə də mən prezident olaraq bunu edə bilmərik", - deyə V.Zelenski əlavə edib.
Bizim.Media