“Avropa İttifaqı (Aİ) limanlarını Rusiya gəmiləri üçün bağlaya bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Anje Loqar Aİ Şurasının iclasından əvvəl deyib.
“Aİ Rusiya gəmiləri üçün limanları bağlamaq və enerji idxalına qadağa qoymaqla sanksiyaları gücləndirməyi planlaşdırır” – deyə Loqar qeyd edib.
Loqar, həmçinin Ukraynaya etimad nümayiş etdirmək üçün Kiyevə səlahiyyətli nümayəndə göndərmək niyyətində olduğunu vurğulayıb.
Bizim.Media